Ekstrasens yuxu gördü, qəza yerinə getdi, bunu tapdı - VİDEO

Qazaxıstanlı ekstrasens Aygül Berdigaliyeva Aktau şəhərində qəzaya uğrayan AZAL təyyarəsində həlak olmuş Zaira Atsayeva ilə bağlı paylaşım edib.
Avtosfer.az global.az-a istinadla xəbər verir ki, o, Z.Atsayevanın tez-tez yuxusuna girdiyini bildirib.
“Azərbaycana məxsus təyyarə qəzaya uğradıqdan sonra bir qadın tez-tez yuxuma gəlirdi. O, məndən hadisə yerinə gedib, itən zinət əşyasını tapıb, anasına çatdırmağımı istəyirdi. Qeyd edim ki, mən bu gün bunu etdim. Hadisə baş verən yerə gəldim və orada qızıl sırğanı tapdım. Özünün istədiyi kimi, sırğanı anasına vermək istəyirdim”, - ekstrasens deyib.
A.Berdigalieva digər videoda qeyd edib ki, artıq sırğa ailəsinə göndərilməsi üçün polisə təhvil verilib.
Dekabrın 25-də Azərbaycan Hava Yolları aviaşirkətinə məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Qroznı səmasında "Pantsir" sistemi ilə vurulub və ciddi zədələnib. Rusiya ərazisində enişinə icazə verilmədiyindən Qazaxıstana istiqamət alan təyyarə Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü və 62 sərnişin olmaqla, ümumilikdə 67 nəfər olub. Qəza nəticəsində 38 nəfər həyatını itirib, 29 nəfər sağ qalıb.
Göyçayda iki “VAZ” toqquşdu, sürücülərdən biri xəsarət aldı - VİDEO
Hava limanı yolunda ağır qəza: “BYD” yük maşını ilə toqquşdu - VİDEO
Sürücü düz yolunu getdiyi yerdə qarşıdakı maşına çırpıldı - VİDEO
Ucar sakini Qazaxıstanda yol qəzasında öldü - FOTO - YENİLƏNİB
Ağdərədə qəzada ölən ər-arvadın FOTOsu
Polis qadın piyadanı vuraraq ağır yaralayan motosikletçini axtarır - VİDEO
Bakıda sərnişin avtobusları toqquşub - FOTO - VİDEO
Biləsuvarda iki avtomobil toqquşdu, ardınca ağaca çırpıldı - VİDEO
Ağır qəza BAŞ VERDİ: Ər-arvad öldü
Sumqayıtda qəza: Zərbədən avtomobilin ön təkəri qoparaq yola düşdü - VİDEO
Sükan arxasında yuxulayan sürücü körpüdən aşdı - DYP-dən XƏBƏRDARLIQ - VİDEO










