Ələt-Astara magistralında avtomobil aşdı: 2 yaralı

Salyanda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Avtosfer.az-ın “Report”a istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında yeni Ələt-Astara magistral yolunun 36-cı kilometrliyində, rayonun Yenikənd kəndi ərazisində qeydə alınıb. Belə ki, Bakının Suraxanı rayonu, Hövsan qəsəbə sakini, 1975-ci il təvəllüdlü Qurbanov Mais Şahəddin oğlunun idarə etdiyi “Mercedes” markalı 01-BV-604 dövlət nömrə nişanlı avtomobil hərəkətdə olarkən anidən idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Qurbanova Aytən Füzuli qızı və Lənkəran sakini Ağayeva Mahirə Naib qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












