Gəncə-Samux avtomobil yolunda qəza baş verib, yaralılar var

Gəncə şəhərində yol qəzası baş verib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə bu gün axşam saatlarında Gəncə-Samux avtomobil yolunda qeydə alınıb. Belə ki, VAZ və "Mercedes" markalı avtomobillərin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb. Onlardan birinci avtomobildə olan 4 nəfər Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Bunlar Samux rayon sakinləri - Əliyev Rafayel Sultanbəy oğlu (1993), Əliyev Hakim Qələndər oğlu (1963), Yəhyayev Elimdar Xətai oğlu (1993) və Əliyev Əsgər Babay oğludur (1963). Yaralıların bəzilərinin vəziyyətlərinin orta-ağır, bəzilərinkinin isə qənaətbəxş olduğu bildirilir. "Mercedes"in sürücüsünə isə ambulator yardım göstərilib. Faktla bağlı araşdırma aparılır.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












