Gəncədə avtomobil vuran tələbələrin kimliyi məlum olub

Gəncə şəhərində avtomobillə vurulan piyadaların kimliyi məlum olub. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, bunlar Tərtər rayon sakinləri - 1993-cü il təvəllüdlü Mehdiyev Mehdi Rövşən oğlu və 1993-cü il təvəllüdlü Tufanlı Həsən Zaur oğludur. Hər iki piyada qəza törədən sürücü tərəfindən xəstəxanaya çatdırılıb. Həkimlər onların vəziyyətini qənaətbəxş kimi qiymətləndirirlər. M.Mehdiyev Gəncədəki universitetlərdən birinin 3-cü kursunda, H.Tufanlı isə 2-ci kursunda oxuyur. Qeyd edək ki, hadisə dekabrın 21-də axşam saatlarında şəhərin Heydər Əliyev prospektində baş verib. Tələbələri "Seat Toledo" markalı avtomobil vurub.
Faktla bağlı araşdırma aparılır.
*** 21 dekabr, 23:05
Gəncə şəhərində iki piyadanı avtomobil vurub. Hadisə Heydər Əliyev prospektində iki tələbə yolu qarşı tərəfə keçmək istəyən zaman baş verib. Yaralılar qəzanı törədən sürücü tərəfindən xəstəxanaya aparılıb. Faktla bağlı araşdırma aparılır.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












