Hava limanında qəza: 9 yaralı - FOTO
Qəzalar
4 Noyabr 2018 17:23
Oxunub 983

Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb
Türkiyənin İstanbul şəhərində yerləşən Atatürk beynəlxalq hava limanında xidməti maşınla aeroport əməkdaşlarını daşıyan mikroavtobusun toqquşması nəticəsində 9 nəfər xəsarət alıb. Avtosfer.az-ın "Report"a istinadən xəbər verir ki, əraziyə dərhal polis əməkdaşları, yanğınsöndürənlər və "təcili yardım" briqadası cəlb olunub. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR














