Həlak olan gənc pilotun yazdığı son sözlər hər kəsi KÖVRƏLTDİ - FOTO

İzmirdə təlim uçuşu faciə ilə nəticələnib.
Avtosfer.az xəbər verir ki, Türk Hava Qurumlarına (THK) məxsus iki nəfərlik Cessna-172 tipli təyyarə bu gün səhər saatlarında Səlcuq hava limanından qalxdıqdan sonra Torbalının Kırbaş məhəlləsində qarğıdalı sahəsinə çırpılıb.
Qəza nəticəsində təyyarədə tək olan 31 yaşlı pilot kursant Berfu Hatipoğlu həyatını itirib. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Faciədən təxminən 14 saat əvvəl Hatipoğlunun sosial şəbəkədə paylaşım etdiyi son foto izləyiciləri kövrəldib. Fotoya yazılan “Kim biləydi ki, bu onun son şəkli olacaq?” şərhləri böyük hüzn yaradıb. Minlərlə insan pilotun ailəsinə və yaxınlarına başsağlığı diləyib.
İzmir Valiliyindən verilən bəyanatda deyilir:
"Səhər saatlarında Səlcuq hava limanından havaya qalxan Türk Hava Qurumlarına məxsus təlim təyyarəsi Torbalı rayonunun Kırbaş bölgəsində qəzaya uğrayıb. İlkin araşdırmalar nəticəsində 1994-cü il təvəllüdlü pilot Berfu Hatipoğlunun həlak olduğu müəyyən edilib."
Hadisə Türkiyə ictimaiyyətində və sosial mediada dərin kədər doğurub.(Medianews.az)



Bakıda piyadanı avtomobil vuraraq öldürdü - ANBAAN VİDEO
Biləsuvarda ağır qəza: Motosikletçi ÖLDÜ
Masallıda “BMW” və “Niva” toqquşdu - Xəsarət alan var - VİDEO
Ermənistanda avtobus sürücüsünün ölümü qəzaya səbəb oldu
Bakıda dəhşətli QƏZA: Avtomobil 18 yaşlı qızın üzərindən keçdi
Qəzada həyatını itirən Fəqan tələbə imiş - FOTO
Qəzalarda ölənlərin 32 faizi kəmərdən istifadə etməyib - Elşad Hacıyev
İdarəetmədən çıxan “Opel” yük maşını ilə toqquşdu - ANBAAN VİDEO
Bakıda maneəyə çırpılan “VAZ” əzik-əzik oldu - VİDEO
Qəzalarda ölənlərin 32 faizi kəmər taxmayıb - FOTO
Biləcəri dairəsində “Renault” avtobusla toqquşdu - VİDEO












