İki avtomobil toqquşdu: xəsarət alanlar var - SİYAHI

Zaqatalada minik avtomobillərinin toqquşması nəticəsində yaralananların şəxsiyyəti müəyyənləşib. Avtosfer.az-ın “Report”a istinadən məlumatına görə, qəza zamanı “Mazda” markalı avtomobildə olan Zaqatala şəhər sakinləri - 1995-ci il təvəllüdlü Elcan Elbrus oğlu Nəcəfov və 1997-ci il təvəllüdlü Fuad Etibar oğlu Bayramov xəsarət alıblar. Yaralılardan F.Bayramovun müalicəsi xəstəxanada aparılır. E.Nəcəfovun xəsarətləri yüngül olduğundan ona lazımi tibbi yardım göstərilib və ambulator müalicə almaq şərti ilə evə buraxılıb. Qeyd edək ki, qəza Zaqatala şəhəri, Anar Həmidov küçəsində baş verib. “Opel Astra” markalı, "62-BL-052" dövlət nömrə nişanlı minik avtomobili ilə “Mazda” markalı, "10-ZL-626" dövlət nömrə nişanlı minik avtomobili toqquşub. Faktla bağlı araşdırma aparılır.
***21:38
Zaqatalada xəsarətlə nəticələnən yol qəzası olub. Hadisə axşam saat 20:30 radələrində, Zaqatala şəhəri, Anar Həmidov küçəsində baş verib. “Opel Astra” markalı, "62-BL-052" dövlət nömrə nişanlı minik avtomobili ilə “Mazda” markalı, "10-ZL-626" dövlət nömrə nişanlı minik avtomobili toqquşub. Qəza zamanı şəxsiyyətləri hələlik dəqiqləşməyən iki nəfər xəsarət alıb. Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Xəstəxanadan bildirlib ki, hazırda yaralıların müayinəsi aparılır və şəxsiyyətləri dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












