Banner

İranda ağır yol qəzası: 7 ölü

Qəzalar 17 Noyabr 2018 19:04 Oxunub 937
İranda ağır yol qəzası: 7 ölü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu barədə təcili yardım idarəsinin sözçüsü Vəhid Şadi xəbər verib

İranın Təbriz-Zəncan magistralında, Miyana ərazisində yol qəzası nəticəsində 7 nəfər ölüb, bir nəfər yaralanıb. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə İranın Şərqi Azərbaycan vilayətinin təcili yardım idarəsinin sözçüsü Vəhid Şadi xəbər verib. Onun sözlərinə görə, hadisə ötən gecə “Persia” markalı minik avtomobilinin yük maşını ilə toqquşması nəticəsində baş verib. Şadi qəza nəticəsində 7 nəfərin hadisə yerində keçindiyini, yaralanan bir nəfərin isə xəstəxanaya aparıldığını deyib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh