"KamAZ" avtomobillə toqquşdu: 2 ölü, 3 yaralı - VİDEO

Ucar rayonunda baş verən yol qəzasında 2 nəfər ölüb, 3 nəfərin yaralanıb. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə səhər saatlarında Bakı-Qazax avtomobil yolunun rayonun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, 1976-cı il təvəllüdlü, Xaçmaz rayon sakini Fizuli Camaləddin oğlu Fətəliyevin idarə etdiyi "Opel" markalı minik avtomobili 66 BL 678 Dövlət nömrə nişanlı"KamAZ" markalı yük avtomobilinə çırpılıb. Nəticədə F.Fətəliyev və minik avtomobilində olan digər sərnişinlər, Xaçmaz rayon sakinləri - 2008-ci il təvəllüdlü İsmayıl Oktay oğlu Məmmədov və 1981-ci il təvəllüdlü Yeganə Aydəmir qızı Məmmədova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ucar rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Ölən şəxslərin kimliyi dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.
*** 10:48
Ucar rayonunda ağır yol qəzası olub. FHN-dən Avtosfer.az-a bildirilib ki, rayonun Müsüslü kəndində “KamAZ” markalı yük avtomobili və “Opel” markalı minik avtomobili toqquşub. Hadisə yerinə cəlb olunmuş FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1 nəfər (şəxsiyyəti dəqiqləşdirilir) sərnişinin meyitini və digər 1 nəfər sərnişini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Polis faktla bağlı araşdırma aparır.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












