Kürdəmirdə yol qəzası baş verib, xəsarət alan var - VİDEO

Kürdəmir rayonunda yol qəzası baş verib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə bu gün səhər saatlarında Kürdəmir-Zərdab yolunun rayonun Söyüdlər kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, Ağcabədi rayon sakini, 1970-ci il təvəllüdlü Etibar Ramiz oğlu Rzayev “Mercedes” markalı avtomobillə Kürdəmir istiqamətində hərəkətdə olarkən qarşıdan gələn Zərdab rayon sakini, I qrup Qarabağ əlili, 1966-cı il təvəllüdlü Elxan Fazil oğlu Bəkirovun idarə etdiyi OKA markalı avtomobillə toqquşub. Nəticədə OKA-nın sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Hadisəyə səbəb kimi yolun həddindən artıq bərbad vəziyyətdə olması göstərilir. Faktla bağlı araşdırma aparılır.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












