Kürdəmirdə yol qəzası: xəsarət alanlar var

Kürdəmir rayonunda yol qəzası baş verib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun rayonunun Karrar qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, 1991-ci il təvəllüdlü, Gəncə şəhər sakini Aqil Xəzər oğlu Kazımovun idarə etdiyi 10 VB 045 dövlət qeydiyyatı nişanlı "Porshe" markalı minik avtomobili 1981-ci il təvəllüdlü, Ağdaş rayon sakini Elgiz Vəkil oğlu İsmayılovun idarə etdiyi 99 XF 724 dövlət qeydiyyatı nişanlı "Shacman" markalı yük avtomobilinə çırpılıb. Nəticədə "Porshe"də olan sərnişinlər - Gəncə şəhər sakinləri - 1992-ci il təvəllüdlü Tamerlan Amil oğlu Niyazov və 1967-ci il təvəllüdlü Məhəbbət Cabbar qızı Kazımova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












