Lənkəran sakini yol qəzası törətdi: 3 nəvəsi xəsarət alıb

Lənkəran rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın "Report"a istinadən verdiyi xəbərə görə, hadisə Liman-Nərimanabad-Balıqçılar yolunda baş verib. Belə ki, Nərimanabad qəsəbə sakini Malik Əyyub oğlu Babayev "VAZ-2107" markalı, 42-BM-177 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və avtomobili yolun kənarındakı elktrik dirəyinə çırpıb. Zərbənin gücündən dəmir-beton konstruksiyalı elektrik dirəyi avtomobilin üstünə aşıb. Hadisə nəticədə avtomobildə olan sərnişinlər, sürcünün nəvələri - 6 yaşlı Səmayəxanım Rüfət qızı Babayeva, 8 yaşlı Asiman Vüqar qızı Babayeva və 8 yaşlı Malik Rüfət oğlu Babayev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Vəziyyəti daha ağır olan S.Babayeva xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib. M.Babayevə ambulator yardım göstərilib. Travmatologiya şöbəsinə yerləşdirilən A.Babayevanı isə valideynləri icazəsiz olaraq xəstəxanadan çıxarıblar. Faktla bağlı araşdırma aparılır.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












