Lənkəranda iki avtomobil toqquşdu: 1 ölü, 1 yaralı - FOTOLAR

Lənkəran rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan daha bir nəfərin adı məlum olub. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, avtoqəza nəticəsində daha bir nəfər “VAZ 2106” markalı avtomobildə olan sərnişin, Lənkəranın Havzava kənd sakini, 1971-ci il təvəllüdlü Təranə Tağıyeva müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. T.Tağıyeva sürücüsü ölən avtomobildə olub.
*** 09:03
Lənkəranda yol qəzasında bir nəfər ölüb, bir nəfər xəsarət alıb. Hadisə Lənkəran-Boradigah yolunun Lənkəran ərazisində qeydə alınıb. Sıx dumanlı hava şəraitində əks istiqamətlərdə hərəkətdə olan 42 BS 578 dövlət qeydiyyat nişanlı “VAZ 2106” markalı avtomobil 42 BO 227 dövlət qeydiyyat nişanlı “VAZ 2107” markalı avtomobillə toqquşub. Nəticədə “VAZ 2106”nın sürücüsü Lənkəran rayon Havzava kənd sakini 1961-ci il təvəllüdlü İmaməliyev Allahverdi Sürət oğlu hadisə yerində ölüb. “VAZ 2107”nin sürücüsü Ravin Şükürov isə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO















