Maşın aşdı: 1 ölü, 3 yaralı - Şəkidə

Şəki rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın “Report”a istinadən məlumatına görə, hadisə bu gün axşam saatlarında rayonun Bolludərə kənd inzibati ərazisində, Sarıca-Bolludərə avtomobil yolunda qeydə alınıb. Hələ ki, şəxsiyyəti bilinməyən Bolludərə kənd sakini sükanı arxasında olduğu “Chevrolet Niva” markalı, "99-MG-416" dövlət qeydiyyat nişanlı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və maşın aşıb. Qəzadan sonra sürücü hadisə yerində ölüb. Avtomobildə sərnişin qismində olan rayonun Bolludərə kənd sakinləri - 1990-cı il təvəllüdlü İsmayıl Bəhram oğlu Hüseynov, 1988-ci il təvəllüdlü Xəyalə Elxan qızı Əhmədova və Xəyalənin övladı Həmayə Elçin qızı Əhmədova aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Xəstəxanadan bildirilib ki, yaralıların müalicələri xəstəxananın Cərrahiyyə şöbəsində aparılır, vəziyyətləri orta-ağır və orta-stabil qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












