Maşın beton maneəyə çırpıldı: 2 yaralı - Yevlaxda

Yevlax-Bərdə yolunda baş vermiş yol qəzası zamanı xəsarət alanların şəxsiyyəti məlum olub. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, "VAZ-2107" markalı avtomobilin yolun Yevlax rayonundan keçən hissəsində beton maneəyə çırpılması nəticəsində 1973-cü il təvəllüdlü Hidayətov Elman Salman oğlu və onun 2002-ci il təvəllüdlü oğlu Hidayətov Mülkədar Elman oğlu müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya aparılıblar. Onlardan birinin vəziyyəti kafi, digərininki isə qənaətbəxş hesab edilir. Faktla bağlı araşdırma aparılır.
***20:26
Yevlax-Bərdə yolunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Yolun Yevlax ərazisindən keçən hissəsində "VAZ-2107" markalı avtomobil idarəetmədən çıxaraq beton maneəyə çırpılıb. Nəticədə 2 nəfər ağır bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Hazırda onların şəxsiyyətləri dəqiqləşdirilir. Faktla bağlı araşdırmalara başlanılıb.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












