Maşınını satmağa aparan baba nəvəsi ilə birlikdə yol qəzasında öldü - TƏFƏRRÜAT - FOTO - VİDEO

Biləsuvarda baş verən dəhşətli yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə bu gün saat 12 radələrində rayonun Ağalıkənd kəndinin ərazisində qeydə alınıb.
Belə ki, həmin kənd sakini M.Ağayevin idarə etdiyi "Hyundai" markalı avtomobillə Ovçubərə kənd sakini, P.İsmayılovun idarə etdiyi "VAZ-2107" markalı avtomobil toqquşub.
Nəticədə "VAZ-2107" markalı avtomobildə olan 2 sərnişin - Ovçubərə kənd sakinləri Elxan Feyziyev və Qalib İsmayılov hadisə yerində ölüb, sürücü və digər sərnişin, Hüseyn Feyziyev xəsarət alıblar.

Məlumata görə, Elxan Feyziyev özünə məxsus olan maşını Cəlilabad maşın bazarına satmağa aparıb. O özü ilə oğlunu, yeznəsini və nəvəsini də götürüb. Hadisə də məhz onlar maşın bazarından qayıdan zaman baş verib. Qəza zamanı baba E.Feyziyev və nəvə Q.İsmayılov hadisə yerində ölüb, ölən şəxsin oğlu H.Feyziyev və yeznəsi P.İsmayılov xəstəxanaya çatdırılıblar. Dünyasını dəyişən Qalib İsmayılov 10-cu sinif şagirdi olub.
Qəza ilə bağlı cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.
Salyanda AĞIR QƏZA: Ölən var - YENİLƏNİB - VİDEO
Çiyninə "kalonka" qoyub musiqiyə qulaq asan azyaşlı velosipedçi qəzada öldü - VİDEO
Gəncədə ağır qəza: Üç yaralı
“Boksol yolu”nda qarşıdan gələn maşınları vecinə almayıb qəza törətdi - VİDEO
Qaz borusuna çırpılan yük maşını yolu bağladı – FHN cəlb olundu - VİDEO
Qəzada ölən Elşən “AzərEnerji”nin əməkdaşı imiş - FOTO
Cəbrayılda AĞIR QƏZA: Sürücü öldü
İdarəetmədən çıxan “Hyundai” işıq dirəyinə çırpıldı - VİDEO
Culfada qəza: Bir ölü, səkkiz yaralı - FOTO
"Yolu belə rahat görən sürücülərin əksəriyyəti qaz pedalının üstünə çıxırlar" - Ekspert
“Mercedes” “KamAz”a çırpıldı - Yaralılar var - FOTO - YENİLƏNİB












