Məktəbli avtobusu qəzaya uğradı: ölənlər və xəsarət alanlar var

ABŞ-ın Bluminqton şəhərində məktəblilərdən ibarət basketbol komandasının üzvlərini daşıyan avtobus qəza uğrayıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə İllinoys ştatının polisi məlumat yayıb. Bildirilir ki, məktəbli qızlardan ibarət avtobus Bluminqtonda yük avtomobili ilə toqquşub. Qəza zamanı yük avtomobilinin 34 yaşlı sürücüsü və məktəbliləri müşayiət edən 72 yaşlı bələdçi ölüblər. Hadisə nəticəsində həmçinin 8 məktəbli müxtəlif dərəcəli xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Hadisə zamanı habelə avtobusun sürücüsü də xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti barədə məlumat verilmir. Məlumata görə, qəzaya yük atvomobilinin sürücüsünün səhlənkarlığı səbəb olub. Belə ki, o, idarə etdiyi avtomobillə yolun əks tərəfinin xəttinə çıxıb və bu zaman avtobusla toqquşub.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












