Mikroavtobus qəzaya düşdü: 5 nəfər xəsarət alıb - Salyanda

Salyan rayonunda sərnişin mikroavtobusu qəzaya düşüb, 5 nəfər xəsarət alıb. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında Salyan-Şirvan avtomobil yolunun rayonun Qaraçala qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, sərnişindaşıyan mikroavtobusla “Mercedes” markalı minik avtomobilinin toqquşması nəticəsində Salyan rayon sakinləri, 1969-cu il təvəllüdlü Hüseynova Məhəbbət Sabir qızı, 1964-cü il təvəllüdlü Səlimova İlhamə Qəhrəman qızı, 1959-cu il təvəllüdlü İbrahimova Səmayə Qulam qızı, 1991-ci il təvəllüdlü İbrahimova Yeganə Cahanşah qızı və 1968-ci il təvəllüdlü Zülfüqarov Mənsur İntiqam oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












