Oğuzda bir ailənin üç üzvü yol qəzasına düşüb

Oğuz rayonunda bir ailənin üç üzvü yol qəzasına düşüb. Avtosfer.az-ın “Report”a istinadən məlumatına görə, hadisə ötən gün axşam saat 19:30 radələrində Oğuz-Bayan avtomobil yolunda baş verib. Oğuz şəhər sakini, 1971-ci il təvəllüdlü Kərim Kərim oğlu Kərimov sükanı arxasında əyləşdiyi minik avtomobilinin idarəetməsini itirərək maşını yolun kənarındakı ağaca vurub. Nəticədə K.Kərimov və avtomobildə sərnişin qismində olan ailə üzvüləri - 1976-cı il təvəllüdlü həyat yoldaşı Sevinc Nadir qızı Kərimova, 2003-cü il təvəllüdlü övladı Aysel Kərimova xəsarət alaraq Oğuz Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Tibb müəssəsindən “Report”a bildirilib ki, yaralılardan Sevinc və Ayselin müalicəsi xəstəxananın Cərrahiyyə şöbəsində aparılır. K.Kərimovun xəsarəti yüngül olduğundan ona lazımi tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Faktla bağlı araşdırma aparılır.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












