“OKA” ilə toqquşan “Mercedes”in sürücüsü: “Məni aldatdı, üz-üzə gəldik” – VİDEO

Kürdəmir rayonunda yol qəzası baş verib. Avtosfer.az ARB TV-yə istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Kürdəmir-Zərdab yolunun rayonun Söyüdlər kəndindən keçən hissəsində qeydə alınıb. Ağcabədi rayon sakini, Etibar Ramiz oğlu Rzayev "Mercedes" markalı avtomobillə Kürdəmir istiqamətində hərəkətdə olarkən qarşıdan gələn Zərdab rayon sakini, Elxan Fazil oğlu Bəkirovun idarə etdiyi "OKA" markalı avtomobillə toqquşub.
Nəticədə "OKA"nın sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.
Etibar Rzayev - "Mercedes"in sürücüsü: "Bir balaca sola qaçdım ki, sağımdan keçsin, keçə bilmədi. Bir sağa, bir sola çəkdi, məni aldatdı. Qayıtdı öz yoluna və üz-üzə gəldik, toqquşduq".
Seyfulla Atamalıyev - həkim: "Xəstə baş nahiyəsində çoxsayılı yaralar, sol bud sümüyünün qapalı sınığı, döş qəfəsinin küt travması diaqnozu ilə şöbədə müalicə olunur. Vəziyyəti orta ağırdır".
Faktla bağlı araşdırma aparılır.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












