Piyada ölümünə görə məhkum edilmiş şəxs növbəti faciəyə səbəb oldu

Şirvan şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.Az report-a istinadən bildirir ki, yerli sakin Mustafayev Təbriz İlham oğlu Heydər Əliyev prospektində idarə etdiyi "VAZ-2106" markalı "18-BC-908" dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən 1992-ci il təvəllüdlü Şirvan sakini İsmayılov Mehrac İxtiyar oğlunu vuraraq hadisə yerindən qaçıb. Sonuncu ağır xəsarətlərlə Şirvan Şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Qeyd edək ki, hadisəni törədən şəxs əvvəllər piyadanın ölümünə səbəb olan yol-nəqliyyat hadisəsinə görə məhkum edilib. Həmçinin avtoxuliqan kimi bir neçə dəfə inzibati qaydada məsuliyyətə cəlb olunub.
Hazırda sürücünün saxlanılması istiqamətində əməliyyat tədbirləri həyata keçirilir.
Faktla bağlı Şirvan polisi tərəfindən araşdırma aparılır.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












