Qadın sürücü yol qəzası zamanı xəsarət alıb - Oğuzda

Oğuz rayonunda baş verən yol qəzasında bir nəfər xəsarət alıb. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə günorta saatlarında Qaraməryəm-İsmayıllı-Şəki magistiral yolunun Oğuz rayonu ərazisindən keçən hissəsində baş verib. Şəki şəhər sakini, 1992-ci il təvəllüdlü Sevda Musa qızı Sarıyeva idarə etdiyi “Kia Rio” markalı minik avtomobili ilə Şəkidən Qəbələ rayonu istiqamətində hərəkətdə olarkən nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə avtomobil yolun kənarındakı ağaca çırpılıb. Hadisə zamanı S.Sarıyeva xəsarət alıb. O, Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Xəstəxanadan bildirlib ki, S.Sarıyevaya qapalı kəllə-beyin travması və burun sınığı diaqnozu qoyulub, vəziyyəti orta-ağır qiymətləndirlir. Qeyd edək ki, sürücü Şəki və ətraf rayonlarda vəkillik edən Musa Sarıyevin qızıdır. Faktla bağlı araşdırma aparılır.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












