Qaxda iki avtomobil toqquşdu: xəsarət alan var - FOTO

Qax rayonunda yol-nqəliyyat hadisəsi baş verib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə şəhərin Səməd Vurğun və Aydın Məmmədov küçələrinin kəsişməsində qeydə alınıb. Belə ki, Qax rayon sakini, 1978-ci il təvəllüdlü Zaza Artuloviç Kuloşvilinin idarə etdiyi 34-BD-176 dövlət qeydiyyat nişanlı "Opel" markalı avtomobillə,1971-ci il təvəllüdlü Səfər Sabir oğlu Hacıyevin idarə etdiyi olduğu 34-BE-579 dövlət qeydiyyat nişanlı "VAZ-2106" markalı avtomobil toqquşub. Qəza nəticəsində VAZ-ın sürücüsü 47 yaşlı S.Hacıyev ağır bədn xəsarətləri alıb. Yaralı Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan bildirilib ki, yaralının vəziyyəti ağır olaraq qalır: "Yol qəzası zamanı xəsarət alan Səfər Hacıyev ağır vəziyyətdə xəstəxanaya gətirilib. Ona sol körpücüyün sınığı diaqnozu qoyulub və lazımi tibbi yardım göstərilib. Hazırda onun müalicəsi Cərrahiyə şöbəsində davam etdirilir. Faktla bağlı Qax Rayon Polis Şöbəsində araşdırma aparılır.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO




















