Qəfil maşının önünə çıxan piyada qəzaya səbəb oldu - ANBAAN VİDEO

Yardımlıda baş vermiş yol-nəqliyyat hadisəsi avtomobilin kamerasına düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir müddət əvvəl səhər saatlarında qeydə alınıb.
Belə ki, hərəkətdə olan 99-SL-069 dövlət nömrə nişanlı “VAZ-2115” markalı avtomobil yoldan çıxaraq qəzaya uğrayıb. Kadrlardan göründüyü kimi, yolu təyin olunmamış yerdən keçən piyada dayanmış avtomobilin arxasından qəfil sürücünün hərəkət zolağına çıxır. Qəzanın qarşısını almaq məqsədilə sürücü anidən sola manevr edir və nəticədə maneəyə çırpılır.
Xoşbəxtlikdən hadisə zamanı nə sürücü, nə də piyada xəsarət alıb.
Qeyd edək ki, piyadalar yolu yalnız müəyyən olunmuş keçidlərdən keçməli, avtobusların və park edilmiş avtomobillərin arxasından qəfil çıxmaqdan çəkinməli, hərəkətə başlamazdan əvvəl ətrafı tam nəzarətə götürməlidirlər.
Həmçinin videodakı kimi, dayanmış nəqliyyat vasitələrinin önündən və arxasından yolu keçmək ağır qəzalara yol aça bilər.
Nərmin
Masallıda “BMW” və “Niva” toqquşdu - Xəsarət alan var - VİDEO
Ermənistanda avtobus sürücüsünün ölümü qəzaya səbəb oldu
Bakıda dəhşətli QƏZA: Avtomobil 18 yaşlı qızın üzərindən keçdi
Qəzada həyatını itirən Fəqan tələbə imiş - FOTO
Qəzalarda ölənlərin 32 faizi kəmərdən istifadə etməyib - Elşad Hacıyev
İdarəetmədən çıxan “Opel” yük maşını ilə toqquşdu - ANBAAN VİDEO
Bakıda maneəyə çırpılan “VAZ” əzik-əzik oldu - VİDEO
Qəzalarda ölənlərin 32 faizi kəmər taxmayıb - FOTO
Biləcəri dairəsində “Renault” avtobusla toqquşdu - VİDEO
Bakı-Qazax yolunda AĞIR QƏZA: Ölən var
Şəmkirdəki qəzada ölənlər sinif yoldaşı imişlər... - FOTOLAR - YENİLƏNİB












