Qumla dolu yük maşını evə girib - Şəkidə

Şəkidə qumla dolu yük maşını evə girib. Avtosfer.az-ın “Report”a istinadən məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun Böyük Dəhnə kəndində baş verib. Bərdə rayonunun Qaradağlı kənd sakini, 33 yaşlı Alışov Niyaməddin Ziyəddin oğlunun idarə etdiyi 99 MN 196 dövlət nömrə nişanlı “Shagman” markalı yük avtomobili idarəetməni itirərək yolun kənarında yerləşən Mustafayev Allahverdiyə məxsus yaşayış evinə girib. Sükanın idarəetməsini itirən sürücü Niyaməddin Alışov özünü avtomobildən çölə atıb. O, müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (RMX) aparılıb. MRX-dan “Report”a bildirlib ki, Alışov Niyaməddinin xəsarətləri yüngül olduğunda ona ilkin yadım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb. Hadisə baş verən an evdə heç kim olmayıb. Evə ciddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












