Qusarda ağır qəza baş verdi, iki nəfər ÖLDÜ - YENİLƏNİB

Qusarda avto qəzada ölən və xəsarət alanların kimliyi məlum olub.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, Qusarın Ləyər kəndi ərazisində "KİA-Seranto" markalı minik avtomobilinin idarəetməni itirərək dərəyə aşması nəticəsində, Bakı şəhər sakinləri - 36 yaşlı Tamilla Ramaldanova və 43 yaşlı Cəmilə Bağırova hadisə yerində ölüblər.
Avtomobildə olan digər şəxslər, Bakı şəhər sakinləri - sürücü 1962-ci il təvəlludlü Fariza Vladimirovna - Ramaldanova, 2022-ci il təvəllüdlü əkizlər, Arman və Adam Qoşqar oğlu Rəhimovlar və 2017-ci il təvəlludlü Rüstəm Qoşqar oğlu Rəhimov Qusar rayon mərkəzi xəstəxanasına aparılıblar.
Qəza ilə bağlı araşdırma aparılır.
***17:09
Qusar rayonu, Yuxarı Ləgər kəndində yol-nəqliyyat qəzası baş verib.
Avtosfer.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qusar rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "KİA" markalı minik avtomobilinin idarəetməni itirərək dərəyə aşdığı və vətəndaşın nəqliyyat vasitəsində köməksiz vəziyyətdə qaldığı müəyyən olunub.
Yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildə köməksiz vəziyyətdə qalan 1 nəfər qadın xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.
Hadisə nəticəsində ümumilikdə 2 nəfər həyatını itirib, 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Gəncədə qəza: “Mercedes” və “Chevrolet” toqquşdu - VİDEO
Yolda şou göstərən sürücü qəza törədib qaçdı; bir nəfər öldü - ANBAAN VİDEO
Prospektdə velokuryer “Mercedes”ə çırpılıb yerə sərildi - REAL VİDEO
Bakıda iki maşın TOQQUŞDU - Yoldan keçən PİYADA ÖLDÜ
Bakıda nasaz avtomobil zəncirvari qəzaya səbəb oldu: Yaralılar var - FOTO
Bu rayonda AĞIR QƏZA: Həyatını itirənlər var - YENİLƏNİB
66 yaşlı qadını maşın vurub ÖLDÜRDÜ
Bakıda "Changan" piyadanı vurub öldürdü - FOTOLAR
Nasaz avtomobil sürücünün həyatına son qoydu – DYP-dən XƏBƏRDARLIQ - VİDEO
Gəncə-Samux yolunda AĞIR QƏZA: Maşın 2 yerə bölündü - FOTOLAR
Kürdəmirdə yük maşını “Mercedes”ə çırpıldı - Ölən var - FOTO - VİDEO - YENİLƏNİB












