Sabunçuda avtomobil piyadanı vuraraq öldürüb
Qəzalar
29 Dekabr 2018 19:05
Oxunub 1003

Faktla bağlı araşdırma aparılır
Bakıda avtomobil piyadanı vuraraq öldürüb. DİN-in mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, dekabrın 28-də saat 21 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində Bakı şəhər sakini Orxan Vəliyev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən Cəlilabad rayon sakini Ceyhun Abbasovu vurub. Piyada xəstəxanaya aparılarkən yolda ölüb. Faktla bağlı araşdırma aparılır.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













