Salyanda dəhşətli yol qəzası: Ölən var

Bu gün səhər saatlarında yeni Ələt-Astara avtomobil yolunun Salyan rayonundan keçən 67-ci km-də ağır yol-nəqliyyat qəzası baş verib. Avtosfer.az-ın virtualaz.org-a istinadən məlumatına görə, Lerik rayonunun Xanəgah kəndinin sakini, 26 yaşlı Pərviz Alim Quliyevin idarə etdiyi 99-NT-962 dövlət nömrə nişanlı “Nissan X-Trail” markalı avtomaşın hərəkətdə olarkən arxadan “KamAZ” markalı yük maşınına çırpılıb. Hadisə nəticəsində sürücünün dayısı olan 53 yaşlı Adil Həmid oğlu Diniyev aldığı ağır xəsarətdən hadisə yerində dünyasını dəyişib. Avtomaşında olan sürücünün anası Zinət Həmid qızı Quliyeva, dayısının həyat yoldaşı, 51 yaşlı Gülnaz Hənhəm qızı Fətullayeva və dayısı qızı, 19 yaşlı Nisə Adil qızı Dinili müxtəlif dərəcəli bədən xəsarətləri aldıqlarından Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Fakla bağlı Baş Dövlət Yol Polisində araşdırmalara başlanılıb.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












