Salyanda iki avtomobil toqquşub, xəsarət alanlar var
Qəzalar
6 Oktyabr 2018 10:45
Oxunub 927

Faktla bağlı araşdırma aparılır
Salyanda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Noxudlu kəndi ərazisində qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan Sabirabad rayonunun Sarxanbəyli kənd sakini, 1959-cu il təvəllüdlü Abışov Azər İsrafil oğlu və Salmanlı kənd sakini, 1959-cu il təvəllüdlü Musayev Əmiraslan İsaxan oğlu Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













