Salyanda sərxoş piyadanı maşın vurdu - FOTO

Bu gün axşam saatlarında Ələt-Astara avtomobil yolunun Salyan rayonunun Yenikənd kəndindən keçən 38-ci kilometrində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az virtualaz.org-a istinadən məlumatına görə, toydan sərxoş vəziyyətdə avtomobil yolu ilə piyada qayıdan Yenikənd kənd sakini, 47 yaşlı Məqsəd Əlimeydan oğlu Əsədovu həmkəndlisi 34 yaşlı Elvin Gülbala oğlu Əsədovun idarə etdiyi 38 BA 264 dövlət nömrə nişanlı QAZ-24 markalı minik maşını vurub. Məqsəd Əsədov müxtəlif dərəcəli əxsarətlər aldığından Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Kənd sakinləri onun bir vaxtlar kənd məktəbində müəllim işlədiyini, sonralar içkiyə qurşandığı üçün müəllimlikdən çıxarıldığını deyirlər. Faktla bağlı araşdırma aparılır.

Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












