Salyanda yol qəzası olub, xəsarət alanlar var

Salyan rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə Salyan-Şirvan avtomobil yolunun rayonun Kərimbəyli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, rayonun l Varlı kənd sakini, 1984-cü il təvəllüdlü Ruslan Ağaverdi oğlu Şirinov idarə etdiyi 42-BT-193 dövlət nömrə nişanlı "QazEL" markalı avtomobillə hərəkətdə olan zaman rayonun Qarabağlı kənd sakini, 1999-cu il təvəllüdlü Natiq Namiq oğlu Kərimovun idarə etdiyi 10-UG-367 dövlət nömrə nişanlı "VAZ-2107" markalı avtomobillə toqquşub. Nəticədə "VAZ"ın sürcüsü N.Kərimov və sərnişin, onun həmkəndlisi 1999-cu il təvəllüdlü İsak Elman oğlu Həsənov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hər iki yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir. Faktla bağlı araşdırmalara başlanılıb.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












