Samuxda minik və yük maşınları toqquşub, yaralılar var

Samux rayonunun Çobanabdallı kəndində 2 nəfərin yaralanması ilə nəticələnən yol qəzası olub. "Report"un məlumatına görə, "VAZ-2107" markalı avtomobilin yük maşını ilə toqquşması nəticəsində "VAZ"da olan Çobanabdallı kənd sakinləri - 1980-ci il təvəllüdlü Sərxan Elsəvər oğlu Nəbiyev və onun 1994-cü il təvəllüdlü həmyerlisi Ələddin Xalis oğlu Abdullayev müxtəlif bədən xəsarətləri alıb. Hər iki yaralı öncə Gəncə şəhər 3 saylı Təcili Tibbi Yardım Xəstəxanasına, daha sonra isə yaxınlarının istəyi ilə Gəncə şəhərində yerləşən özəl tibb müəssisələrindən birinə aparılıb. Yaralılardan birinin yaxınları Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Reanimasiya şöbəsində olan növbətçi həkimə və tibb işçilərinə təzyiq göstərərək onları vurmağa çalışıb və bu səbəbdən xəstəxanada kiçik insident baş verib.
Faktla bağlı araşdırmalara başlanılıb.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












