Şəhərin mərkəzində təhlükə saçan motosikletçi qəza törədib qaçdı - REAL VİDEO

Paytaxtın Füzuli küçəsində qayda pozan sürücü qəzaya səbəb olub.
Avtosfer.az xəbər verir ki, hadisə fevralın 5-də saat 20:20 radələrində qeydə alınıb.
Kadrlardan görünür ki, yalnız düz istiqamətdə hərəkətə icazə verilən zolaqda dayanan bir neçə motosiklet sürücüsü yolayrıcına daxil olaraq sola dönüb. Bu zaman onlar yolayrıcına daxil olmaq istəyən 99-MY-485 dövlət nömrə nişanlı “Toyota Prius” markalı avtomobilin qarşısına qəfil çıxaraq qəza təhlükəsi yaradıblar.
“Prius” sürücüsü toqquşmanın qarşısını almaq üçün dayanıb. Lakin həmin vaxt arxadan gələn digər motosiklet sürücüsü nişanlanma xəttinin tələbini pozaraq sol zolağa keçib və dayanmış avtomobilə çırpılıb.
İddialara görə, qəzaya səbəb olan motosiklet sürücüsü hadisə yerindən uzaqlaşıb.
Nərmin
Bakıda dəhşətli QƏZA: Avtomobil 18 yaşlı qızın üzərindən keçdi
Qəzada həyatını itirən Fəqan tələbə imiş - FOTO
Qəzalarda ölənlərin 32 faizi kəmərdən istifadə etməyib - Elşad Hacıyev
İdarəetmədən çıxan “Opel” yük maşını ilə toqquşdu - ANBAAN VİDEO
Bakıda maneəyə çırpılan “VAZ” əzik-əzik oldu - VİDEO
Qəzalarda ölənlərin 32 faizi kəmər taxmayıb - FOTO
Biləcəri dairəsində “Renault” avtobusla toqquşdu - VİDEO
Bakı-Qazax yolunda AĞIR QƏZA: Ölən var
Şəmkirdəki qəzada ölənlər sinif yoldaşı imişlər... - FOTOLAR - YENİLƏNİB
Körpüdən aşan avtomobilin sürücüsünün vəziyyəti AÇIQLANDI - FOTO - VİDEO
Sərxoş sürücü sürətə nəzarəti itirdi; 2 ölü, 1 yaralı - VİDEO










