Şəkidə yol qəzası baş verib, xəsarət alanlar var

Şəkidə baş verən yol qəzasında iki nəfər xəsarət alıb. Avtosfer.az-ın “Report”a istinadən məlumatına görə, hadisə bu gün rayonun Cəfərabad kəndinin ərazisində qeydə alınıb. Şəki rayon sakini idarəetdiyi “Opel” markalı minik avtomobili ilə hərəkətdə olarkən eyni istiqamətdə hərəkət edən həmyerlisi Əli Eyublunun idarəetdiyi “VAZ 2107” markalı minik avtomobilini vurub. Zərbənin gücündən “VAZ 2107” yoldan çıxaraq aşıb. Qəza zamanı “Opel”in sürücüsü xəsarət almasa da digər avtomobilin sürücüsü Ə.Eyublu və onun avtomobilindəki sərnişin, rayon sakini Daşqın Rasim oğlu Yunusov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Ə.Eyublunun xəsarəti yüngül olduğundan ona tibbi yardım göstərildikdən sonra evə buraxılıb. D.Yunusovun müalicəsi xəstəxanada davam etdirilir. Faktla bağlı araşdırma aparılır.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












