Şəkidə yol qəzası baş verib, xəsarət alanlar var

Şəki rayonunda yol qəzası baş verib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə bu gün səhər saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhədi magistral yolunun rayonun Şəki kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Şəki rayon sakini, 1981-ci il təvəllüdlü Samir Qasımov idarə etdiyi "Mercedes" markalı, 55-BT-441 dövlət qeydiyyatı nişanlı avtomobili aşırıb. Nəticədə 37 yaşlı sürücü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona sağ ciyərin və döş qəfəsinin qapalı travması diaqnozu qoyulub. Avtomobildə olan sərnişin, 23 yaşlı Elmin Səlimovun xəsarətləri isə yüngül olduğundan ona ilkin yardım gösətərilib və ambulator müalicə almaq şərti ilə evə buraxılıb. Faktla bağlı araşdırma aparılır.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












