Sərnişin avtobusu körpüdən çaya aşdı: 7 ölü, 20 yaralı

Hindistanda sərnişin avtobusu körpüdən çaya aşıb. Avtosfer.az xəbər verir ki, bu barədə "Report" ANI-yə istinadən xəbər verir. Bildirilir ki, hadisə ölkənin şimal-şərqindəki Assam ştatında, Quvahati yaşayış məntəqəsi yaxınlığında baş verib. İlkin məlumata görə, sürücü yolun çətin keçilən hissəsində nəqliyyat vasitəsinə idarəetməni itirib. Bundan sonra avtobus məhdudlaşdırıcı hasara çırpılıb və körpüdən aşıb. Qəza nəticəsində azı 7 nəfər ölüb, 20-dən çox xəsarət alıb. Avtobusun dövlət nəqliyyat şirkətinə məxsus olduğu bildirilir. Yaralılar xəstəxanaya yerləşdirilib. Hadisənin digər təfərrüatları barədə məlumat verilmir. Qeyd edək ki, bu, Hindistanda gün ərzində baş verən ikinci ağır yol-nəqliyyat hadisəsidir. Pəncab ştatında qatarın dini bayramda iştirak edən insan kütləsinə çırpılması nəticəsində azı 61 nəfər ölüb, daha 72 nəfər yaralanıb.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












