Sərnişin qatarı yük maşını ilə toqquşdu: 1 yaralı

Qax rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın “Report”a istinadən məlumatına görə, hadisə səhər saatlarında Yevlax-Balakən dəmir yol xəttinin Qax rayonunun Kötüklü kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Bakı-Balakən xətti ilə hərəkətdə olan sərnişin qatarı Kötüklü stansiyası yaxınlığında dəmir yol xəttini keçən, 1958-ci il təvəllüdlü Ramazan İsmayıl oğlu Hacıyevin idarə etdiyi “KamAZ” markalı yük maşınını vurub. Hadisə nəticəsində R.İsmayılov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Qəzadan sonra yük maşını ərazidən aparılıb və sərnişin qatarı marşut üzrə hərəkətini bərpa edib. Xəstəxanadan bildirlib ki, R.Hacıyevin müalicəsi Cərrahiyə şöbəsində aparılır. Onun vəziyyəti orta-ağır qiymətləndirlir. Faktla bağlı araşdırma aparılır.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












