Şirvanda avtomobil piyadanı vuraraq hadisə yerindən qaçıb

Şirvan şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın “Report”a istinadən məlumatına görə, yerli sakin Mustafayev Təbriz İlham oğlu Heydər Əliyev prospektində idarə etdiyi "VAZ-2106" markalı "18-BC-908" dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən 1992-ci il təvəllüdlü Şirvan sakini İsmayılov Mehrac İxtiyar oğlunu vuraraq hadisə yerindən qaçıb. Sonuncu ağır xəsarətlərlə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Qeyd edək ki, hadisəni törədən şəxs əvvəllər piyadanın ölümünə səbəb olan yol-nəqliyyat hadisəsinə görə məhkum edilib. Həmçinin avtoxuliqan kimi bir neçə dəfə inzibati qaydada məsuliyyətə cəlb olunub. Hazırda sürücünün saxlanılması istiqamətində əməliyyat tədbirləri həyata keçirilir. Faktla bağlı Şirvan polisi tərəfindən araşdırma aparılır.
Kənar Dairəvi yolda təkəri çıxan yük maşını aşdı - VİDEO
Ağır qəza: “Opel” və “KIA” toqquşdu, bir nəfər yaralandı - VİDEO
Dünən yol qəzasında öldü; bu gün doğum günüdür - FOTO
Şəmkirdə 6 nəfərin ölümü ilə nəticələnən qəzanın TƏFƏRRÜATI - FOTO - VİDEO
Tovuzda maşın su kanalına düşdü - Ölənlər var - FOTO
Azərbaycanda futbolçuların həlak olduğu qəzanın ANBAAN GÖRÜNTÜSÜ - VİDEO
Çox sayda insanın həlak olduğu qəza yerindən GÖRÜNTÜLƏR - VİDEO
Şirvanda “Opel” yol kənarına aşdı, sürücü xəsarət aldı - VİDEO
Prospektdə sürücünün təhlükəli manevri qəza ilə nəticələndi - ANBAAN VİDEO
Yevlaxda yük avtomobili elektrik dirəyinə çırpılıb, sürücü xilas edilib - VİDEO
Dairəvi yolda yük maşını aşdı; tıxac yarandı - FOTO










