Siyəzəndə qəza: 4 yaralı - FOTO

Noyabrın 25-də Siyəzən rayonu ərazisində 4 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Avtosfer.Az AZƏRTAC-a istinadən bildirir ki, 10 AR 424 dövlət nömrə nişanlı "Mercedes" markalı minik avtomobili Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Siyəzən rayonu Zarat kəndi ərazisindən keçən hissəsində idarəetməni itirərək beton maneəyə çırpılıb.
Qəza nəticəsində yaralanan Bakı şəhər sakinləri, 1960-cı il təvəllüdlü Rzayev Ceyhun Məsim oğlu və 1980-ci il təvəllüdlü Rəsulov Anar Vaqif oğlu təcili-tibbi yardım maşını ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə çatdırılıb. Vəziyyətləri ağır olan digər iki nəfər isə Sumqayıt şəhərindəki xəstəxanaya aparılıb.
Sınıq xəsarətləri alan Ceyhun Rzayev və Anar Rəsulov da ilkin tibb yardımdan sonra müalicələrini davam etdirmək üçün Bakı şəhərinə yola salınıb.
Faktla bağlı araşdırma aparılır.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO















