Sumqayıt-Bakı yolunda yük maşınının iştirakı ilə dəhşətli qəza - VİDEO - YENİLƏNİB

"Sözügedən yol-nəqliyyat hadisəsi martın 9-u, saat 12:45-də Bakı-Quba yolunun Bakı istiqamətinin 15-ci kilometrliyində baş verib".
Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) baş inspektoru, polis baş leytenantı Elvin Hacıyev verib.
"Mercedes-Benz Actros" markalı 08-BH-589 nömrəli yük avtomobilinin sürücüsü manevr etmə qaydalarını kobud şəkildə pozaraq, "Changan" markalı 77-SN-067 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə toqquşub. Hadisə nəticəsində xəsarət və ölüm halı qeydə alınmayıb. Fakt araşdırılır", - deyə E.Hacıyev bildirib.
***10:51
Sumqayıt-Bakı yolunda yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisənin baş verməsinə səbəb minik avtomobilinin sürücüsünün ötmə qaydasını kobud şəkildə pozması olub.
Belə ki, eyni istiqamətli yolda hərəkət edən minik avtomobili yük avtomobilini sağdan ötməyə çalışıb. Bu zaman o, yük maşınının sürücüsünün kor nöqtəsinə düşüb və nəticədə yük avtomobili minik maşınına çırpılıb.
Bakıda piyadanı avtomobil vuraraq öldürdü - ANBAAN VİDEO
Biləsuvarda ağır qəza: Motosikletçi ÖLDÜ
Masallıda “BMW” və “Niva” toqquşdu - Xəsarət alan var - VİDEO
Ermənistanda avtobus sürücüsünün ölümü qəzaya səbəb oldu
Bakıda dəhşətli QƏZA: Avtomobil 18 yaşlı qızın üzərindən keçdi
Qəzada həyatını itirən Fəqan tələbə imiş - FOTO
Qəzalarda ölənlərin 32 faizi kəmərdən istifadə etməyib - Elşad Hacıyev
İdarəetmədən çıxan “Opel” yük maşını ilə toqquşdu - ANBAAN VİDEO
Bakıda maneəyə çırpılan “VAZ” əzik-əzik oldu - VİDEO
Qəzalarda ölənlərin 32 faizi kəmər taxmayıb - FOTO
Biləcəri dairəsində “Renault” avtobusla toqquşdu - VİDEO












