Sumqayıtda avtomobil əvvəl piyadanı, daha sonra digər maşını vurdu - FOTO - YENİLƏNİB

Sumqayıt şəhəri Heydər Əliyev prospektində baş verən yol-nəqliyyat hadisəsinin detalları məlum olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, Əsgər Almasovun idarə etdiyi "Opel" markalı avtomobil piyada keçidində dayanaraq piyadaya yol verən zaman, arxadan gələn Cahid Ağayevin idarə etdiyi "Toyota" markalı avtomobil ara məsafəsini gözləmədiyi üçün "Opel"ə çırpılıb. Zərbənin təsirindən "Opel" piyada keçidindən keçən şəxsi vurub.
Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.
***15:45
Sumqayıt şəhəri Heydər Əliyev prospektində piyadavurma hadisəsi qeydə alınıb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, "Opel Astra" markalı, 90-TJ-149 dövlət nömrə nişanlı avtomobil qarşısına çıxan piyadanı (qadın cinsli) vurub. Daha sonra isə avtomobili geriyə doğru hərəkət etdirərək "Toyota Land Cruiser" markalı 90-SM-205 dövlət nömrə nişanlı avtomobili əzib.
İlkin məlumata görə, baş hissəsindən xəsarət alan piyada dərhal xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Bakıda piyadanı avtomobil vuraraq öldürdü - ANBAAN VİDEO
Biləsuvarda ağır qəza: Motosikletçi ÖLDÜ
Masallıda “BMW” və “Niva” toqquşdu - Xəsarət alan var - VİDEO
Ermənistanda avtobus sürücüsünün ölümü qəzaya səbəb oldu
Bakıda dəhşətli QƏZA: Avtomobil 18 yaşlı qızın üzərindən keçdi
Qəzada həyatını itirən Fəqan tələbə imiş - FOTO
Qəzalarda ölənlərin 32 faizi kəmərdən istifadə etməyib - Elşad Hacıyev
İdarəetmədən çıxan “Opel” yük maşını ilə toqquşdu - ANBAAN VİDEO
Bakıda maneəyə çırpılan “VAZ” əzik-əzik oldu - VİDEO
Qəzalarda ölənlərin 32 faizi kəmər taxmayıb - FOTO
Biləcəri dairəsində “Renault” avtobusla toqquşdu - VİDEO














