Sumqayıtda qatar "KamAZ"la toqquşdu - YENİLƏNİB

Sumqayıtda qatarın "KamAz"la toqquşması hadisəsinin bəzi təfərrüatı məlum olub.
Avtosfer.az xəbər verir ki, barədə Oxu.Az-ın sorğusuna cavab olaraq "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.
Bildirilib ki, bu gün Bakı-Quba avtomobil yolunda avtokran dəmiryol keçidi ilə bağlı qaydaları pozaraq hərəkətdə olan teplovozun qarşısına çıxıb.
"Maşinist təcili tormozlama aparsa da, məsafə az olduğundan toqquşma qaçılmaz olub. Hadisə ilə bağlı araşdırma aparılır. ADY bir daha hərəkət iştirakçılarını dəmiryol keçidlərinə yaxınlaşarkən son dərəcə diqqətli olmağa, yolun qatardan boş olduğuna əmin olduqdan sonra hərəkəti davam etdirməyə, yol hərəkəti qaydalarına əməl etməyə çağırır".
***
Sumqayıt şəhərində qatar "KamAZ"la toqquşub.
Avtosfer.az "Report"a istinadla xəbər verir ki, hadisə Bakı-Quba yolununun Sumqayıt şəhərindən keçən hissəsində baş verib.
Hərəkətdə olan qatarla "KamAZ" markalı yük avtomobili toqquşması nəticəsində yük maşını aşıb, nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır.
Bakıda piyadanı avtomobil vuraraq öldürdü - ANBAAN VİDEO
Biləsuvarda ağır qəza: Motosikletçi ÖLDÜ
Masallıda “BMW” və “Niva” toqquşdu - Xəsarət alan var - VİDEO
Ermənistanda avtobus sürücüsünün ölümü qəzaya səbəb oldu
Bakıda dəhşətli QƏZA: Avtomobil 18 yaşlı qızın üzərindən keçdi
Qəzada həyatını itirən Fəqan tələbə imiş - FOTO
Qəzalarda ölənlərin 32 faizi kəmərdən istifadə etməyib - Elşad Hacıyev
İdarəetmədən çıxan “Opel” yük maşını ilə toqquşdu - ANBAAN VİDEO
Bakıda maneəyə çırpılan “VAZ” əzik-əzik oldu - VİDEO
Qəzalarda ölənlərin 32 faizi kəmər taxmayıb - FOTO
Biləcəri dairəsində “Renault” avtobusla toqquşdu - VİDEO












