Banner

Süpürgəçini maşın vurub - Gəncədə

Qəzalar 10 Noyabr 2018 09:15 Oxunub 930
Süpürgəçini maşın vurub - Gəncədə
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Gəncə şəhərində piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, şəhərin Nizami Gəncəvi prospekti ilə hərəkətdə olan "VAZ-21099" markalı avtomobil idarəetmədən çıxaraq səkiyə, daha sonra yolu süpürən 1978-ci il təvəllüdlü Əliyev Elşən Nadir oğluna dəyib. Müxtəlif bədən xəsarətləri alan təmizlik işçisi xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh