Sürücü 16 yaşlı piyadanı vuraraq hadisə yerindən qaçıb - Cəlilabadda

Qəzalar 31 Oktyabr 2018 07:12
Sürücü 16 yaşlı piyadanı vuraraq hadisə yerindən qaçıb - Cəlilabadda
WhatsApp kanalımıza abunə olun
Faktla bağlı araşdırma aparılır

Cəlilabadda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə yeni Ələt-Astara avtomobil yolunun rayonun Uzuntəpə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Həmin kəndin sakini, 2002-ci il təvəllüdlü Mirzə Niftiyev müəyyən edilməmiş minik avtomobili ilə vurulub. Yaralı xəstəxanaya yerləşdirilib. Məlumata görə, sürücü qəzadan sonra hadisə yerindən qaçıb. Faktla bağlı araşdırma aparılır.

Oxunub : 894
ŞƏRH YAZ
Ad

E-mail

Şərh