Tikinti kranı qatarın üzərinə düşdü - 29 ölü - FOTO - YENİLƏNİB

Tailandda tikinti kranının sərnişin qatarının üzərinə düşməsi nəticəsində həlak olanların sayı 29-a çatıb.
Avtosfer.az xarici KİV-ə istinadən xəbər verir ki, yaralananların sayı 67-yə çatıb.
***
Tailandın Nakhon Ratçasima əyalətində ağır dəmir yolu qəzası baş verib. Tikinti kranı Banqkokdan gələn sərnişin qatarının üzərinə aşıb.
Avtosfer.az-ın xarici KİV-ə istinadən yaydığı məlumata görə, hadisə nəticəsində 22 nəfər həyatını itirib, 55 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Bildirilir ki, qatarın tərkibində 190 sərnişin olub. Qatarın üzərinə düşən metal konstruksiyalar sürətli qatar xətləri üçün aparılan tikinti işlərində istifadə edilirmiş. Qatar keçən zaman konstruksiyalar qəfil çökərək ikinci və üçüncü vaqonların üzərinə düşüb. Güclü zərbə nəticəsində qatar relsdən çıxıb.
Hazırda hadisə yerində xilasetmə qrupları fəaliyyət göstərir, sağ qalan sərnişinlərin vaqonlardan çıxarılması istiqamətində işlər davam etdirilir.
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyadanı avtomobil vuraraq öldürdü - ANBAAN VİDEO
Biləsuvarda ağır qəza: Motosikletçi ÖLDÜ
Masallıda “BMW” və “Niva” toqquşdu - Xəsarət alan var - VİDEO
Ermənistanda avtobus sürücüsünün ölümü qəzaya səbəb oldu
Bakıda dəhşətli QƏZA: Avtomobil 18 yaşlı qızın üzərindən keçdi
Qəzada həyatını itirən Fəqan tələbə imiş - FOTO
Qəzalarda ölənlərin 32 faizi kəmərdən istifadə etməyib - Elşad Hacıyev
İdarəetmədən çıxan “Opel” yük maşını ilə toqquşdu - ANBAAN VİDEO
Bakıda maneəyə çırpılan “VAZ” əzik-əzik oldu - VİDEO
Qəzalarda ölənlərin 32 faizi kəmər taxmayıb - FOTO












