Tovuzda çörək maşını aşdı: 3 yaralı - FOTO

Tovuz rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adı məlum olub. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə zamanı üç nəfər ağır bədən xəsarətləri alıb. Yaralılar Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan "VAZ-2107" markalı avtomobilin sürücüsünün vəziyyətinin ağır olduğu bildirilir. Digər yaralılar, Tovuz rayon sakinləri - 1990-cı il təvəllüdlü Seymur Nəriman oğlu Balakişiyev və 1991-ci il təvəllüdlü Vusal Vəli oğlu Quliyevin vəziyyəti isə orta-ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.
***17:41
Tovuz rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, çörək zavoduna məxsus "VAZ-2104" markalı avtomobillə "VAZ-2107" markalı avtomobil toqquşub. Zərbənin gücündən çörək maşını aşıb. Nəticədə hər iki avtomobilin sürücüsü və 1 nəfər sərnişin müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Onlardan "VAZ-2107" markalı avtomobilin sürücüsünün vəziyyətinin ağır olduğu bildirilir. Hazırda hər üç şəxsin kimliyi və qəzanın səbəbləri araşdırılır.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
















