Toya və yasa gedənlərin maşınları TOQQUŞDU: 3 nəfər öldü, 8-i yaralandı - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə İmişli rayonu, Aranlı kəndində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
FHN-in Mətbuat xidmətindən Avtosfer.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti İmişli rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "VAZ-2107" markalı minik avtomobili ilə "OPEL” markalı minik avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsinin baş verdiyi və deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalanların olduğu müəyyən olunub.
Yanğınsöndürən-xilasedicilər tərəfindən "VAZ-2107" markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan bir nəfər sərnişin xilas edilib, bir nəfərin isə meyiti çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.
Yol-nəqliyyat qəzası zamanı üç nəfər həyatını itirib, səkkiz nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yanğınsöndürənlər tərəfindən ərazidə zəruri təhlükəsizlik tədbirləri görülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
***
Biləsuvar rayonunda ağır yol qəzası baş verib.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, dekabrın 28-də saat 9 radələrində Biləsuvar rayonunun Arazbarı kəndi ərazisində X. Quluzadənin idarə etdiyi "Opel" markalı avtomobillə E.Kərimlinin idarə etdiyi "Vaz" markalı avtomobil toqquşub. Nəticədə avtomobillərdə olan sərnişinlərdən Şöhlət Məmmədova, Məryəmxanım Kərimova və İlqar Kərimov ölüb, 8 nəfər isə müxtəlif bədən xəsarətləri alıb.
Araşdırma aparılır.
***
Biləsuvar-Bəhrəmtəpə yolunda ağır yol qəzası baş verib.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə yolun Arazbari kəndindən keçən hissəsində iki minik avtomobili toqquşub.
Nəticədə 7 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Xəsarət alanlardan biri hadisə yerində vəfat edib.
Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan biri (qadın) də xəstəxanada vəfat edib.
Hazırda ölən və xəsarət alan şəxslərin kimliyi müəyyənləşdirilir.




Ər qəza törətdi, arvadı yanaraq öldü - İSMAYILLIDA DƏHŞƏT - VİDEO
Navahıda “Mercedes Vito” və “Kamaz” toqquşdu: Sərnişin ÖLDÜ - VİDEO
Hacıqabulda AĞIR QƏZA: ÖLƏN VAR - YENİLƏNİB
Azərbaycanlı bacı-qardaş Rusiyada ÖLÜB
"BMW" ağaca çırpıldı; qadın sürücü belə çıxarıldı - VİDEO
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - FOTO - VİDEO
Zərdabdakı qəzada yanaraq ölən müəllim Vətən müharibəsi iştirakçısı imiş - FOTO
Hacıqabulda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB
Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi - VİDEO
"Pajero"nun iki avtomobilə çırpıldığı qorxunc qəzanın ANBAAN VİDEOSU
Tovuzda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza: Ölən var - FOTOLAR











