Toydan çıxıb evə gedən kişini maşın vurub öldürdü – Zaqatalada

Zaqatala rayonunda yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirən piyadanın şəxsiyyəti məlum olub. Avtosfer.az-ın “Report”a istinadən məlumatına görə, bu, 1953-cü il təvəllüdlü İbiyev Abdurəhman İsmayıl oğludur. A.İbiyev hadisə baş verən ərazinin yaxınlığında toy məclisindən çıxıb və evə gedirmiş. Mərhumun içkili olduğu bildirilir.
***21:21
Zaqatala rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə bu gün axşam saat 20:30 radələrində Zaqatala-Qax avtomobil yolunun Zaqatala rayonunun Muxax kənd inzibati ərazisindən keçən hissəsində qeydə alınıb. Hələ ki, markası müəyyən edilməyən minik maşını yolla gedən 60 yaş civarında olan Abdurəhman adlı Muxax kənd sakinini vurub. Qəzadan sonra minik maşını hadisə yerindən uzaqlaşıb. Abdurəhman aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparır.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












