Traktor 9-cu sinif şagirdini vurub qaçdı - Yevlaxda

Yevlaxda yol qəzası baş verib. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə rayonun Qoyunbinəsi kəndi ərazisində baş verib. Naməlum sürücü idarə etdiyi traktorla kənd sakini, 2003-cü il təvəllüdlü, 9-cu sinif şagirdi Zeynalov Zabit Adil oğlunu vurub hadisə yerindən qaçıb. Yaralı ağır kəllə-beyin travması ilə ailə üzvləri tərəfindən xəstəxanaya çatdırılıb. Faktla bağlı Yevlax rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.1-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb. Hazırda sürücünün tutularaq istintaqa cəlb edilməsi üçün əməliyyat-axtarış tədbirləri aparılır.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












