Türkiyədə helikopter qəzası - Polkovnik ÖLDÜ - VİDEO - YENİLƏNİB

Xəbər verdiyimiz kimi, Ankarada təlim helikopteri qəzaya uğrayıb.
Avtosfer.az xəbər verir ki, qəzada xəsarət alan iki nəfərdən biri - pilot, təqaüdçü polkovnik Yasaözden Bakkal həyatını itirib.
Qəza ilə bağlı istintaq başlanıb və işə iki dövlət prokuroru təyin edilib.
***11:48
Türkiyənin Ankara şəhərinin Sincan rayonunun Temelli qəsəbəsində təlim uçuşu həyata keçirən helikopter qəzaya uğrayıb.
Avtosfer.az-ın məlumatına görə, hadisə nəticəsində 2 nəfər xəsarət alıb. Qəza barədə məlumat daxil olduqdan sonra əraziyə təcili tibbi yardım, yanğınsöndürmə və xilasetmə briqadaları göndərilib.
Yaralılar hadisə yerində ilkin tibbi yardım aldıqdan sonra xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyəti ilə bağlı əlavə məlumat açıqlanmayıb.
Hadisə ilə bağlı araşdırma başladılıb. Səlahiyyətli qurumlar helikopterin qəzaya uğramasına səbəb olan amilləri müəyyənləşdirmək üçün istintaq aparır. Araşdırmanın nəticələrinə uyğun olaraq əlavə məlumatın veriləcəyi bildirilib.
Könül Rauf
“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO
Biləsuvarda ağır qəza: Motosikletçi ÖLDÜ
Masallıda “BMW” və “Niva” toqquşdu - Xəsarət alan var - VİDEO
Ermənistanda avtobus sürücüsünün ölümü qəzaya səbəb oldu
Bakıda dəhşətli QƏZA: Avtomobil 18 yaşlı qızın üzərindən keçdi
Qəzada həyatını itirən Fəqan tələbə imiş - FOTO
Qəzalarda ölənlərin 32 faizi kəmərdən istifadə etməyib - Elşad Hacıyev
İdarəetmədən çıxan “Opel” yük maşını ilə toqquşdu - ANBAAN VİDEO
Bakıda maneəyə çırpılan “VAZ” əzik-əzik oldu - VİDEO












